Mirmahmud Mirəlioğlu: “KAXCP bu ayın sonunda maliyyə hesabatını təqdim edəcək”
"Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası (KAXCP) digər siyasi partiyalar kimi hökümətə hesabatını verəcək". Bu fikirləri SİA-ya açıqlamasında KAXCP sədri Mirmahmud Mirəlioğlu partiyaların maliyyə hesabatı təqdim etmələrinə münasibətini açıqlayarkən deyib.
Partiya sədri bildirib ki, bu ayın sonuna qədər hesabatı hazırlayıb müvafiq dövlət orqanına təqdim olunacaq: "Bunu da şəfaf və demokratik şəklidə həll edəcəyik. Bizim dövlətdən heç bir maliyyə yardımımız yoxdur. Hər kəs bilir ki, ictimai əsaslarla fəaliyyət göstəririk. Özümüzün üzvlük haqları ilə partiyamızın müəyyən problemlərini həll edirik".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB