Mais Səfərli: “Hesabatımızı aidiyyatı orqanlara göndəririk”

Mais Səfərli: “Hesabatımızı aidiyyatı orqanlara göndəririk”

"Yurddaş Partiyası olaraq daim öz hesabatlarımızı hazırlayıb müvafiq dövlət orqanlarına təqdim edirik". Bu fikirləri SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, hesabat verməmişdən öncə, rəhbərlik etdiyi təşkilat partiya funksionerləri və üzvləri ilə daim iclaslar keçirir, müzakirələr aparırlar: "Bu hesabat partiya üzvləri ilə birgə müzakirə edilir və dəqiq tərtib edilir. Axrıncı belə hesabat yanvar ayının 17-də tərtib olunub və aidiyyatı orqanlara təhvil verilib".

Mais Səfərli həmçinin qeyd etdi ki, Yurddaş Partiyası hər zaman demokratik və şəffaf fəaliyyətin tərəfdarı olaraq, bunu cəmiyyətə təqdim etməyi müsbət addım kimi dəyərləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə