Natiq Ədilov: “Rauf Arifoğlu müxalifət arasında nüfuzunu itirmiş bir insandır”
"Azər Ayxan hakimiyyətə işləyən adamdır. Mənim onun hansısa fikrinə münasibət bildirmək niyyətim yoxdur". Bu fikirləri SİA-ya açlıqlamasında AXCP sədrinin mətbuat katibi, "Azadlıq" qəzetinin yazarı Natiq Ədilov "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini Azər Ayxanın "Azadlıq" qəzeti çox şey iddia edir, lakin hamısı yalandır" fikrinə münasibət bildirərkən söyləyib.
Natiq Ədilov həmçinin "Azadlıq" qəzetində dərc olunmuş "Rauf Arifoğlunun yeni pozuculuq planı" adlı məqaləyə də münasibət bildirərək söyləyib ki, artıq onun üçün Rauf Arifoğlunun nə işlə məşğul olması heç önəmli və maraqlı deyil: "Rauf Arifoğlu artıq müxalifət arasında öz nüfuzunu itirmiş bir insandır. Onun nə işlə məşğul olması mənə maraqlı deyil".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB