BŞDYİ sürücülərə ÇAĞIRIŞ ETDİ

BŞDYİ sürücülərə ÇAĞIRIŞ ETDİ

20 yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının bəzi yollarında avtomobillərin hərəkəti qadağan ediləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, sabah saat 8-dən mərasim başa çatanadək Şəhidlər Xiyabanı istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollarla hərəkət etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə