Ehsan Zahidov: “20 Yanvar faciəsi ilə bağlı polis gücləndirilmiş iş rejimində çalışacaq” AÇIQLAMA

Ehsan Zahidov: “20 Yanvar faciəsi ilə bağlı polis gücləndirilmiş iş rejimində çalışacaq” AÇIQLAMA

"20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar keçirilən tədbirlər zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi haqqında Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb". Bunu SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

"Əmrdə tələb edilirki, 20 yanvar 2014-cü il tarixində daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçirilsin. Bununla belə paytaxtın küçə və prospektlərində avtomobil tıxaclarının yaranacağı ərazilər əvvəlcədən müəyyən edilərək, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsün, eləcə də ictimai asayişin və ictimai təhlükəsizliyin qorunması məqsədilə xidmətdə olan polis naryadlarının sayıqlığı daha da artırılsın və respublika ərazisində həmin gün saat 12:00-da Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilsin, gəmi, avtomobil və qatarlar vasitəsilə səs siqnallarının verilməsi üçün lazımi tədbirlər görülsün".

Bundan başqa, DİN-in rəhbərliyi başda olmaqla nazirliyin şəxsi heyəti həmin gün səhər saatlarında Şəhidlər Xiyabanına gedərək, 20 yanvar şəhidlərinin, eləcə də Vətənimizin azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin məzarlarını ziyarət edəcək və onların şərəfinə ucaldılan "Əbədi məşəl" abidəsinin önünə əklillər və gül-çiçək dəstələri qoyacaq" – deyə, Ehsan Zahidov sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə