Elçin Behbudov: “Azərbaycanda siyasi motivlərə görə həbs olunan yoxdur”
"Əgər bir insan siyasi motivlərlə həbs olunsa və ona qarşı işgəncələr verilsə o zaman onu siyasi məhbus adlandırmaq olar. Ancaq Azərbaycanda siyasi motivlərə görə həbs olunan yoxdur. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə siyasi məhbus yoxdur". Bu fikirləri SİA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib.
Onun sözlərinə görə, özlərini siyasi məhbus hesab edən məhkumlar bunu əllərində bayraq tutaraq həm xaricdə, həm də daxildə özlərinə dayaq axtarmağa çalışırlar: "Bunu əsas götürən insanların bir sıra xarici dövlətlərin məhkəmələrinə müraciət etmələrini düzgün hesab etmirəm. Bu səbəbdən, bəzi dairələr tərəfindən Azərbaycanda siyasi məhbusların olması barədə söylənilən fikirlər absurddur".
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB