Tural Abbaslı: “Eldəniz Quliyev haqıında dediklərimin arxasındayam”
"Eldəniz Quliyev necə ziyalıdır ki, ağzına gələni danışır. Mən onun haqqında reallıqları demişəm və dediklərimində arxasındayam". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının divan üzvü Tural Abbaslı "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevin "Tural Abbaslı küçə uşağı tək ünvanıma təhqirlər yağdırır" fikrinə münasibət bildirərkən söyləyib.
Tural Abbaslı, həmçinin onu da qeyd edib ki, Eldəniz Quliyev sovet təfəkküründə qalmış bir insandır: "O müasir dövrlə ayaqlaşa bilmir və sovet təfəkküründə qalmış bir insandır. Mənim yaşım bəllidir və mən uşaq deyiləm. O, isə məni uşaq adlandırır. Onun bu yanaşması çox qəribədir".
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB