Politoloq: “Azərbaycan İT sahəsində Ermənistanı üstələdi”

Politoloq: “Azərbaycan İT sahəsində Ermənistanı üstələdi”

Ötən il Azərbaycan xeyli aktiv geosiyasi mübarizə həyatı yaşayıb. SİA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il ölkəmiz üçün mühüm hadisələrdən biri Azərbaycanın kosmik dövlətlər klubunun üzv olmasıdır: "AzerSpace-1" peykinin orbitə buraxılması və kosmik mərkəzin fəaliyyətə başlaması Azərbaycanın inkişafında yeni inkişaf mərhələsi yaratdı. İnformasiya Texnologiyaları Universiteti yaradıldı. Azərbaycan İT sahəsində Ermənistanı üstələdi. Güclənən hərb və İKT imkanları Azərbaycana Ermənistanın bütün ərazisinə nəzarət etmək imkanı yaratdı. Hərbi parad Azərbaycanın hərbi qüdrətinin nümayişi oldu. TOS-1A "Solntsepek" tipli güclü təzyiq və temperatur yaradan silahlar dağlıq ərazilərdə müharibə zamanı ermənilərin Azərbaycan qarşısında iddia etdikləri üstünlüyü neytrallaşdıran mühüm amildir. Qoşunların təmas xəttində onlayn rejimdə baş verənləri bilmək vəziyyətə tam sahiblik etmək deməkdir. Bakıda Hava Hərəkətinin İdarə Edilməsi Mərkəzi Ermənistan ərazisinə nəzarət etmək imkanındadır. Ermənistandan Dağlıq Qarabağa aviareysin təşkilinə çoxsaylı cəhdlər nəticəsiz qaldı. Ermənistanda isə bütün parametrlər üzrə geriləmə sürətlənib. İqtisadi rəqəmlərin azalma tempi müharibə dövrü ilə müqayisə oluna bilər. Ermənistan regionda müstəqil hərbi qüvvə olmaq imkanını itirir".

Bütün xəbərlər Facebook səhifəmizdə