"Minsk qrupunun həmsədrləri münaqişəni həll etmək əvəzinə boş-boş işlərlə məşğuldurlar. Etimad yaratmaq və ya xalq diplomatiyası kimi bəhanələr artıq keçərli olmamalıdır". Bu fikirləri SİA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətinə və İsveçrənin münaqişənin həllində iştirak təşəbbüsünə münasibət bildirən politoloq Vəfa Quluzadə bildirib.
O, deyib: "Burada Ermənistan tərəfinin təcavüzü, Azərbaycan torpaqlarını işğal etməsi və Rusiya kimi nüvə dövlətinə arxalanaraq, qeyri-konstruktiv mövqe ortaya qoyması hamıya aydın olmalıdır. Bu haqda danışmamaq üçün onlar etimaddan və ya siyasi iradədən bəhs edirlər. Xatırladım ki, ABŞ, Fransiya, Rusiya 1998-ci ildə Amerikada bəyan etmişdilər ki, 1999-cu ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq. Lakin bu baş vermədi. İsvəçrə bu boyda dövlətlərin yanında nə karədir ki, münaqişəni həll edə bilsin?".
Dağlıq Qarabağ probleminin həll olunmamasında təqsirkarın Rusiya olduğunu deyən politoloq bunu belə izah edib ki, məhz bu səbəbdən də Rusiya rəsmilərinin bəyanatları heç bir əhəmiyyət daşımır: "Ermənistanın və Rusiyanın ən böyük məqsədi Azərbaycanın NATO-ya, Avropa İttifaqına qoşulmaması üçün siyasi problem yaratmaqdır. Çünki Ermənistanın hansı şərtlər altında Gömrük İttifaqına üzv olması hamıya məlumdur. Ona görə də, Rusiya ATƏT-in həmsədr dövləti kimi Dağlıq Qarabağ münaqişəsini həll etməlidir. Bunun başqa yolu yoxdur. Əslində, Ermənistanın Gömrük İttifaqına üzv olması problem hesab edilməlidir. Amerikaya, Fransaya bununla bağlı müraciət edilməlidir".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB