SAM-ın 2014-cü ilə olan fəaliyyət planı

SAM-ın 2014-cü ilə olan fəaliyyət planı

"Strateji Araşdırmalar Mərkəzinin (SAM) gələn il üçün fəaliyyət planı hazırlanıb və Prezident Administrasiyasına təqdim edilib". SİA-nın məlumatına görə, bu barədə SAM-ın sədri Fərhad Məmmədov bu gün keçirilən hesabat konfransında məlumat verib.

O deyib ki, plan təsdiq edildikdən sonra qurum gələn il üçün görəcəyi işlərin hazırlıq prossesinə başlayacaq: "Qurumun cari ildəki fəaliyyət planında bir çox ölkələrə səfərlər nəzərdə tutulub. Biz gələn il Balkan ölkələrinə səfər etməyi nəzərdə tutmuşuq. Həmçinin 2014-cü ildə Almaniya, Böyük Britaniya, Fransa və digər bu kimi ölkələrdə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, cari ildə SAM indiyə qədər əməkdaşlıq etmədiyi ölkələrlə əmədaşlıq qurmağı planlaşdırır ki, buraya Koreya, Yaponiya və digər ölkələr daxildir. Əməkdaşlıq etdiyimiz ölkələrlə isə münasibətləri daha da dərinləşdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə