Elçin Mirzəbəyli: “Anar Məmmədovun həbsinin cinayət xarakterli olduğu hamıya məlumdur”

Elçin Mirzəbəyli: “Anar Məmmədovun həbsinin cinayət xarakterli olduğu hamıya məlumdur”

"Düşünürəm ki, bu məsələnin siyasiləşməsi üçün heç bir əsas yoxdur". Bu haqda SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, Anar Məmmədovun həbsinin cinayət xarakterli olduğu hamıya məlumdur: "Vergidən yayınma, qanunsuz davranışlar müvafiq qaydada prokrorluq orqanlarını onu həbs edilməsinə məcbur edib. Bir tərəfdən də, ortada bir cinayət faktı var. Əgər bu cinayət hadisəsini siyasiləşdirməyə cəhd göstərilərsə, hesab edirəm ki, bu uğursuzluqla nəticələnəcək".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə