Bu gün Dövlət Sorhəd Xidmətinin 2013-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2013-cü il döviət sərhədinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın dəvamı, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi istiqamətində geniş miqyaslı tikinti-quruculuq işləri, qarşıya qoyulrnuş xüsusi tapşırıqlarının icrası və döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin əməliyyat yolu ilə mühəfizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının dərinləşdirilməsi ilə əlamətdar olub.
Bu uğurların əldə olunması Dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi önəm verməsi nəticəsində mümkün olub.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Lənkəran sərhəd dəstəsinin "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün inşa olunmuş yeni xidməti və yaşayış şəhərciyi kompleksinin açılış mərasimində iştirak etməsi, sərhədçilərə xidmətə mənzillərin orderlərini təqdim etməsi, DSX-nin hərbi qulluqçularını 5 orden, 37 medalla təltif etməsi, 3 zabiti ali hərbi rütbəli vəzifəyə təyin etməsi, 1 zabito "general-mayor" hərbi rütbəsini verməsi bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
2013-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunan nailiyyətlər sırasında:
- 23-26 avqust 2013-cü il tarixlərdə Xəzər dənizinin "Bulla-dəniz" yatağındakı yanğının söndürülməsi zamanı üzmə vasitələrinin quyuya yaxınlaşa bilmədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində DSX əməkdaşlarının sərrast atəşləri nəticəsində quyunun ağzının yanğının söndürülməsinə imkan verməyən avadanlıqlardan təmizlənməsi, nəticə etibarilə Xəzər dənizinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısının alınması; Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü ilə əlaqədar hərbi paradda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən yeni alınmış hərbi texnikaların nümayiş etdirilməsi, sərhəd aviasiyası tərəfindən ilk dəfə olaraq hərbi paradda altılıq tərkibində nümayiş uçuşlarının yerinə yetirilməsi,
- avqust ayının 13-14 tarixlərində DSX-nin təlim mərkəzində "Azərbaycan Respublikasının ərazisinə düşmən qoşun qruplarının hücumlarının qarşısının alınması, terror təxribat qruplarının zərərsizləşdirilrnəsi" mövzusunda döyüş atışlı taktiki təlimlərin keçirilməsi, şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığının nümayiş etdirilməsi;
- sərhəd aviasiyası tərəfindən dövlət sərhədinin dəniz və quru sahələrində ilk dəfə olaraq patrul nəzarəti uçuşlarının həyata keçirilməsi;
- Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycan mənafelərinin tərnin olunması;
- 2014-2024-cü illərdə Azərbaycan Respublikasının dövlət sərhədinin dağlıq ərazilərdə mühafizəsi sisteminin inkişafına dair Dövlət Proqramının layihəsinin hazırlanması;
- Azərbaycan Respublikasında Silahlı Qüvvələrdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində "Valideyn günləri"nin keçirilməsi, bu görüşlərin müddətli hərbi qulluqçularla təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şaxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması üçün çox əhəmiyyətli olması qeyd olunub.
- Dövlət sərhədinin mühafizəsinin təkmilləşməsi istiqamətində görülən tədbirlər nəticəsində 2013-cü ildə dövlət sərhədini pozduğuna görə 515, sərhəd rejimi qaydalarını pozuduqlarına görə 18 min 158 nəfər saxlanılıb.
- Sərhəd pozucularının 46% Azərbaycan, 16,5% Özbəkistan, 8,2% İran, 4,9% Gürcüstan, 4,7% Moldova, 3,9% Əfqanıstan, 3,5% Nigeriya, 2,7% Rusiya, 2,3% Türkiyə, 7,3% digər ölkə vətəndaşları olublar.
Hesabat dövründə sərhəd naryadlarına qarşı 1 halda sərhəd pozucuları tərəfindən silahlı müqavimət göstərilib. Dövlət sərhədinin mühafizəsi zamanı sərhəd naryadları tərəfindən təlimətlara uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq edilərkən 1 silahlı sərhəd pozucusu zərərsizləşdirilib.
İl ərzində 2303 nəfər axtarışda olan şəxs tutulub, 339 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 12 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.
2013-cü il ərzində 4 milyon 669,2 min manat dəyərində qaçaqmal tutulub, 150 kq 462 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 25,8 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.
Hesabat dövründə qanurısuz miqrasiya ilə məşğul olan 3 kriminal qrup, qaçaqmalçıhq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib;
Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədi ilə Azərbaycana məxsus 87, Rusiyaya məxsus 23, İrana məxsus 6, Türkmənistana məxsus 1, Qazaxıstana məxsus 1 gəmiyə, Azərbaycana məxsus 488 kiçik həcmli üzmə vasitəsinə bəxış keçirilib. AR-ə məxsus 55 gəmi, RF-ya məxsus 8 gəmi, İİR-ə məxsus 1 gəmi, Qazaxıstana məxsus 1 gəmi və AR-ə məxsus 274 qayıq barəsində zəruri tədbirlər görülüb.
Sərhəd sularında keçirilən rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulan, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan və xidməti vəzifələrin icrasına ciddi maneə yaradan balıq ovlama vasitələri - 35 mln metr tor və 500 ədəd qarmaq yığılıb.
Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib, 267 binadan ibarət 21 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilib.
Hesabat müşavirəsinin sonunda Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB