Politoloq: “Azərbayanın da öz iddiaları var”

Politoloq: “Azərbayanın da öz iddiaları var”

"Azərbayanın da özünə görə iddiaları var". Bu haqda SİA-ya politoloq Rüstəm Məmmədov ötən gün ATƏT həmsədrlərinin qondarma Dağlıq Qarabağ Respublikasının lideri Bako Saakyanla keçirdikləri görüş çərçivəsində separatçıların liderinin münaqişənin həllində iştirak etmək tələbinə münasibət bildirirərkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan fakt qarşısında qalıb və danışıqlara getməyinin də səbəbi elə budur: "Azərbaycan da Dağlıq Qarabağ münaqişəsinin həllində Qarabağ icmasının iştirak etməsini və icmaların səsvermə hüququnun olmasını tələb edir. Yəni, icmalar münaqişənin həllində yalnız müşahidəçi kimi iştirak edə bilərlər. Dağlıq Qarabağın tərəf kimi tanınmasına isə Azərbaycan razı deyil. Bu yalnız Ermənistana lazımdır. Lakin hər şeyə rəğmən, düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərəflərlə görüşləri bir nəticə verəcək".

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə