ABŞ səfiri: "Bu saziş Avropanın enerji təhlükəsizliyi üçün çox faydalı olacaq"

ABŞ səfiri: "Bu saziş Avropanın enerji təhlükəsizliyi üçün çox faydalı olacaq"

ABŞ Azərbaycan hökumətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Şahdəniz konsorsiumunun özəl pay sahibləri və "Cənub Qaz Dəhlizi" boyunca yerləşən bütün ölkələr də daxil olmaqla digər iştirakçı tərəfləri "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasının uğurla başa çatması münasibətilə təbrik edir.

SİA-nın məlumatına görə, bu barədə Birləşmiş Ştatların ölkəmizdəki səfiri Riçard Morninqstarın bəyanatında deyilir: "Bu saziş və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaq".

Səfir qeyd edib ki, bu layihə Xəzər qazını beynəlxalq bazarlara çıxararaq, davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyacının ödənilməsinə töhfə verəcək:

"Mən fəxr edirəm ki, bir neçə il ərzində bu layihədə iştirak etmişəm və bugünkü tarixi sazişin imzalanmasının şahidi olmuşam".

Bütün xəbərlər Facebook səhifəmizdə