"1991-ci ildə Xankəndi Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub. Buna görə də Xankəndinə respublika tabeli şəhər statusu verilməlidir". SİA-nın məlumatına görə, bu təkliflə millət vəkili Flora Qasımova parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günə qədər Qarabağla bağlı danışıqlarda bu barədə məsələ qaldırılmayıb: "Xankəndinin adı çəkilmir. Bunun əvəzində isə ermənilər Stepanakertin 90 illiyini qeyd etdilər. Respublikanın mərkəzi kimi Stepanakerti tanıtdılar. Ancaq həmin yerlər bizim tarixi Qarabağ xanlarının istirahət yeri olub. Məsələnin yubanması onunla əlaqədardır ki, Xankəndinin icra strukturları yoxdur. Təklif edirəm ki, Xankəndi üçün icra strukturları yaradılsın".
Spiker Oqtay Əsədov isə bildirib ki, deputatın qaldırdığı məsələlərdə həqiqət var. O, məsələyə Milli Məclisdə baxılacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB