Sülhəddin Əkbər: “Müsavatın qərarı məni maraqlandırmır” EKSKLÜZİV

Sülhəddin Əkbər: “Müsavatın qərarı məni maraqlandırmır” EKSKLÜZİV

Müsavatın qərarı məni maraqlandırmır və bu barədə danışmaq istəmirəm ". Bunu SİA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının saytımıza verdiyi açıqlamasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Arif Hacılı Müsavat Partiyasının ACP ilə müttəfiqlik sazişi bağlamaları ətrafında partiyada müzakirələrin aparılmadığını və bu barədə düşünmədiklərini deyib.

ACP sədri eyni zamanda, Müsavat Partiyasının ACP ilə bağlı qərarlara münasibət bildirməyəcəyini və bununla bağlı mediaya açıqlama verməyəcəyini də qeyd edib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə