Oqtay Əsədov: "Demokratik cəmiyyətlərdə legitim hakimiyyətin formalaşmasının yeganə yolu seçkidən keçir" FOTO

Oqtay Əsədov: "Demokratik cəmiyyətlərdə legitim hakimiyyətin formalaşmasının yeganə yolu seçkidən keçir" FOTO

Bu gün Milli Məclisdə "MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası" mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. SİA-nın məlumatına görə, seminarın açılışında MDB Parlament Assambleyasının baş katibi Aleksey Sergeyev MDB PA şurasının sədri Valentina Matvienkonun tədbir iştirakçılarına müraciətini və təbrik məktubunu səsləndirib.

Məktubda qeyd olunur ki, MDB məkanındakı ölkələr gənc müstəqil dövlətlər olduğundan həmin yerlərdə seçki qanunvericiliyi yenidir və mövcud seçki sisteminin təkmilliəşdirilməsinə, eləcə də, üzv ölkələrin bir-birilərinin seçki təcrübələrini öyrənmələrinə ciddi ehtiyac var.

Baş katib çıxışına onu da əlavə edib ki, bu günkü seminar MDB məkanında seçki qanunvericiliyinin təkmilləşdirilməsinin inkişafına, o cümlədən, qabaqcıl təcrübələrin üzv ölkələrdə tətbiqində müstəsna rol oynayacaq: "Seminar, həmçinin parlamentlərarası əlaqələri daha da güclənməsinə və bu sahədə olan əməkdaşlığa öz töhfəsini verəcək".

Daha sonra Milli Məclisin sədri Oqtay Əsədovun iştirakçılara ünvanladığı məktubu səsləndirən parlamentin sədr müavini Valeh Ələsgərov deyib ki, demokratik cəmiyyətlərdə legitim hakimiyyətin formalaşmasının yeganə yolu seçkidən keçir: "Bu baxımdan seçki qanunvericiliyinin təkmilləşdirilməsinə və onun qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinin öyrənilməsinə ehtiyac var. Bu tədbir də MDB-yə üzv ölkələrdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi və öncül təcrübələrin tətbiqi baxımından müstəsna rol oynayacaq. Seçki qanunvericiliyi bütün dövlətlərin öz milli maraqlarına söykənməli və bunun əsasında inkişaf etməlidir".

Azərbaycanlı millət vəkilləri də daxil olmaqla, MDB-yə üzv ölkələrin deputatları, Azərbaycan Ombudsmanı Elmira Süleymanova, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun, üzv ölkələrin mərkəzi seçki komissiyalarının üzvləri, MDB ölkələri üzrə ekspertlər və digər qonaqların iştirak etdiyi beynəlxalq seminar iki gün davam edəcək.

Seminarda "MDB və Avropa ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq təcrübəsi", "Azadlıqdan məhrum olunmuş şəxslərin seçki hüququndan icazə verilən həddə qədər məhrum edilməsi", "Seçici hüququ və onun hüquqi tətbiqi: Avropa və MDB ölkələrinin təcrübələrinin öyrənilməsi" və digər mövzular müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə