Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli Nursultan Abişeviç, Qazaxıstanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Bu gün dost Qazaxıstan dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı yolunda inamla irəliləyir. Qazaxıstan dünya birliyində layiqli yer tutur.
Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan dövlətlərarası münasibətlər və strateji tərəfdaşlıq bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyinə xidmət edəcəkdir.
Hörmətli Nursultan Abişeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Qazaxıstan xalqına isə sülh və firavanlıq arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB