Rauf Arifoğlu: “Mən Hafiz Hacıyevin ittihamlarına cavab vermək fikrində deyiləm”
"Mən Hafiz Hacıyevin ittihamlarına cavab vermək fikrində deyiləm". Bu barədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq şərhə ehtiyac yoxdur və o, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin "Rauf Arifoğlu Azərbaycanda yaradılmış siyasi qurumlar arasında parçalanma salmaqdan ötəri ortadadır" kimi ifadəsinə cavab verməyəcək.
Qeyd edək ki, Hafiz Hacıyev eyni zamanda Rauf Arifoğlunu Müsavat başqanı İsa Qəmbərlə birləşərək Azərbaycandakı siyasi partiyaların inkişaf etmələrinə mane olduqlarını da iddia etmişdi.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB