Müsavatın müzakirə qərarı müxalifət daxilində mənfi qarşılanıb

Müsavatın müzakirə qərarı müxalifət daxilində mənfi qarşılanıb

Artıq Müsavat partiyası həm daxilində, həm də Milli Şurada təmsil olunanlarla bərabər bu qurumda qalıb-qalmamalarını müzakirə etməyə başlayıb. Təbii ki, bu qərar verilən andan etibarən mənfi qarşılandı. İsa Qəmbərin onsuzda xoşagəlməyən addımları bu qərardan sonra həm AXCP-ni, həm də digər Milli Şura təmsilçilərini daha da qıcıqlandırdı.

SİA-nın məlumatına əsasən, "Yurd" şefi Müsavat partiyasının müzakirə qərarına artıq indidən mənfi reaksiya verərək, bu müzakirələri yersiz adlandırıb. Həmçinin, aldığımız məlumata görə, Əli Kərimli AXCP daxilində iclas keçirərək söyləyib ki, heç bir AXCP üzvü müsavatçılarla onların Milli Şurada qalıb-qalmamaları məsələsini müzakirə etməməlidir. Bu artıq bir əmr kimi AXCP-çilərə tapşırılıb.

Lakin digər bir məsələ isə ondan ibarətdir ki, AXCP-nin daxilində özbaşınalıq hökm sürür və Ə.Kərimlinin bu tağşırığına əməl edilib-edilməyəcəyi belə şübhə aldındadır.

Həmçinin, hadisələrin bu cür gedişatından aydın olur ki, AXCP sədrinin İsa Qəmbərlə düşmənçiliyi daha yüksək səviyyədə davam edir.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə