“Lragir”: “Ermənistan naziri yalanı etiraf etdi”

“Lragir”: “Ermənistan naziri yalanı etiraf etdi”

Ermənistanın energetika naziri Armen Movsisyan parlamentdə jurnlistlərin suallarını cavablandırarkən etiraf edib ki, əslində Ermənistan Rusiyaya 155 milon dollar deyil, 300 milyon dollar borcludur. Bu borc isə 2011-ci ilin 1 aprel tarixindən etibarən qüvvədədir. Bu haqda SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, bu bəyanatla energetika naziri təbii qazın qiymətinin bahalaşmayacağını deyərək, əslində cəmiyyəti aldadıb.

Düzdür, Ermənistan icması üçün təbii qazın bahalaşması və hakimiyyətin yalanları artıq yeni xəbər deyil. Lakin ötən gün hakimiyyət nümayəndəsi bunu açıq şəkildə cəmiyyət qarşısında etiraf etmiş oldu. Çünki, həm A.Movsisyan, həm onun hakimiyyətdəki həmkarları dəfələrlə qazın bahalaşmayacağı haqqında bəyanatlar vermişdilər. Əgər onlar düz deyirdilərsə, onda 300 milyon dollar borc nə zaman yarandı?

Bununla yanaşı Armen Movsisyan daha bir bəyanat verib. O deyib ki, Ermənistan Rusiyaya olan borcun yarısını ödəmək məqsədi ilə "Armrosqazprom"un 20% səhmlərini Rusiyaya verməli olub. Rusiya isə guya Ermənistana söz verib ki, qalan borcu özü bağlayacaq. Bu da ona görədir ki, Ermənistanın borc müqabilində verməyə daha heç nəyi qamayıb.

Erməni nəşri qeyd edir ki, əslində Rusiyanın Ermənistanın borcunu bağlamasına dair söz verməsi çox təəcüblüdür. Böyük ehtimalla bunu da yalan bəyanatlar sırasına daxil etmək olar. 150 milyon dollar borc isə yenə də Ermənistanın boynunda asılı qalacaq. Rusiya isə şübhəsiz bu borcu öz məqsədlərinə uyğun istifadə edəcək.

Misal üçün artıq xəbər yayılıb ki, Ermənistan Amerikanın "Vorotansko" hidro-elektro stansiya şirkətinin satışı üzrə sazişin imzalanmasını suya düşürüb. Belə ki, energetika naziri ötən gün sazişin hələ ki, imzalanmadığını söyləsə də, istisna edilmir ki, "Vorotan" şirkəti Ermənistanın 150 milyon dollar borcu müqabilində Rusiyaya veriləcək.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə