Gözəl Bayramlı: “Rəsul Quliyevin heç bir fikrini ciddi qəbul etmirəm”

Gözəl Bayramlı: “Rəsul Quliyevin heç bir fikrini ciddi qəbul etmirəm”

"Rəsul Quliyevin fikirlərini ciddi qəbul etmirəm. Onun dediklərində reallıq yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında AXCP-nin sədr müavini Gözəl Bayramlı, Rəsul Quliyevin "Milli Şura faktiki AXCP-nin bir təşkilatıdır və Milli Şurada boş-boş işlərlə məşğuldurlar" fikrinə münasibət bildirərkən söyləyib.

O, həmçinin Rəsul Quliyevin təkcə indi deyil, hər zaman belə boş fikrilər söylədiyini qeyd edib: "Təkcə indi deyil, bundan öncə də Rəsul Quliyev məntiqsiz, lazımsız fikirlər söyləyib".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə