Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə görüşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı nazir Elmar Məmmədyarov Ermənistan Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar və iki ölkə prezidentlərinin son görüşü haqda qarşı tərəfə məlumat verib. Azərbaycanın münaqişə ilə bağlı mövqeyi bir daha diqqətə çatdırılıb.

Filipp Lefort Aİ-nin münaqişənin həlli ilə əlaqədar tərəflərə dəstək verməyə hazır olduğunu və etimad tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar AR-in Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqun təşviq edilməsinin əhəmiyyətini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə