Gülağa Aslanlı: “Rəsul Quliyev "siyasi kordur” AÇIQLAMA

Gülağa Aslanlı: “Rəsul Quliyev "siyasi kordur” AÇIQLAMA

"Rəsul Quliyevin siyasi avantürsit bəyanatlarına şərh vermək istəmirəm. Əgər R.Quliyev özünü görməməzliyə vurursa, bu "siyasi korluqdur". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib.

O qeyd edib ki, Rəsul Quliyev güdəmdə qalmaq istəyir, ona görə hər cür bəyanatlar verir: "Əgər o gündəmdə qalmaq istəyirsə, başqa bir yol seçsin. Bu yol onun gündəmdə qalması yolu deyil".

Xatırladaq ki, R.Quliyev mətbuata açıqlamasında bildirib ki, nə qədər ki, İsa Qəmbər Müsavat başqanıdır, Müsavat heç vaxt siyasi təşkilat kimi formalaşmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə