Xəzər Teyyublu: "Fəxri sədr" səlahiyyətsiz postdur və hədiyyə xarakteri daşıyır

Xəzər Teyyublu: "Fəxri sədr" səlahiyyətsiz postdur və hədiyyə xarakteri daşıyır

"İbrahimbəyovun sədrlikdən getməsini istəmirdik. Eləcə də həmsədrlik ideyasını dəstəkləyirdik". Bu fikirləri SİA-ya KXCP sədrinin müavini Xəzər Teyyublu deyib.

Lakin Rüstəm İbrahimbəyovun "fəxri sədr" seçilməsinə də dəstək verdiklərini deyən sədr müavini qeyd edib ki, "fəxri sədr" səlahiyyətsiz postdur və hədiyyə xarakteri daşıyır: "Milli Şuranın fəaliyyət göstərməsini, 2-3 partiyanın öhdəsində qalmamasını istəyirik. Bu gün Milli Şuranın strukturlaşması zəif gedir. Bu gün kənarda çoxlu siyasi partiyalar var və biz onları Milli Şuraya dəvət etmirik".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə