“Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik”

“Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik”

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) World Vision Azərbaycan təşkilatının dəstəyi ilə "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik" adlı layihəsinin icrasına başlayır. AGAT-dan SİA-ya verilən məlumata görə, bu layihəyə əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahına və hüquqlarının müdafiəsinə nail olmaq, onlar üçün bərabər imkanlar və hüquqlar cəmiyyəti yaratmaq, sağlamlıq imkanları məhdud olan insanlara qarşı cəmiyyətdə və xüsusi qayğıya ehtiyac olan uşaqlar arasında yeni münasibətlər qurmaq, onların cəmiyyətə inteqrasiyalarını asanlaşdırmaq, uşaqların problemlərinin həllində valideynlərə ailənin malik olduğu imkanı, potensialı göstərmək istiqamətində fəaliyyət həyata keçirməkdən ibarətdir.

Layihə çərçivəsində AGAT tərəfindən sosial çarx hazırlanacaq, dəyirmi masala təşkil olunacaq, gənclərlə yığıncaqlar keçiriləcək, gənclərin və əlilliyi olan şəxslərin iştirakı ilə konsert təşkil olunacaq. Layihə 2014-cü il sentyabr ayında sona yetəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə