"Müsavatçılar Rüstəm İbrahimbəyovu Milli Şuradan uzaqlaşdırmaq istəyirdi, ancaq Əli Kərimlinin dəstəyi ilə İbrahimbəyov quruma "fəxri sədr" seçildi". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, bu addımı ilə Əli Kərimli İsa Qəmbərə qalib gəldi: "Bundan sonra müsavatçıların bu qurumu tərk etməsi gözlənilir. Seçkidən sonra şurada ancaq qarşılıqlı ittihamlar hökm sürür ki, bu da dava-dalaşa gətirib çıxarır. Dünən keçirilən iclas da bu cür qarşıduramalarla müşahidə olunub. Belə bir təşkilatın fəaliyyəti uzunmüddətli ola bilməz. Buna görə də, xeyli sayda adamlar istefa verib. Dünən Rəsul Quliyevin də istefası qəbul edilib. İbrahimbəyovun qurumda "fəxri sədr" seçiləcəyi təqdirdə İsa Qəmbər də qurumu tərk edəcəyini bildirib. İsa Qəmbər indi deyir ki, Rusiya vətəndaşı olan, Azərbaycanın dostu olmayan, Rusiyanın müəyyən qaranlıq dairələrindən asılılı olan şəxsin Azərbaycan müxalifətinə rəhbərlik etməsi qeyri-mümkündür".
Niyamədddin Orduxanlı onu da vurğulayıb ki, bu fikirləri söyləyənlər hansı səbəbdənsə, bu insanı prezidentliyə namizəd edirdilər: "Bütün bunları İbrahimbəyov haqqında deyəndə, bizi topa-tüfəngə tuturdular. İsa Qəmbər Əbülfəz Elçibəyin vahid namizəd olmağına razılıq vermədi, ancaq Rusiyanın qaranlıq qüvvələrinin adamı olan İbrahimbəyova "hə" dedi".
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB