Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Brüsselə gedib

Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Brüsselə gedib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin 4 dekabr tarixində keçiriləcək iclasında iştirak etmək məqsədilə NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə yola düşüb. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olaraq, habelə ISAF əməliyyatlarında verdiyi əhəmiyyətli töhfələrə görə təşkilatın yeni missiyasında potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə