Niyaməddin Orduxanlı: “Əli Kərimlinin siyasi maraqlarının təminçisi kimi Asəf Quliyev iştirak edib”
"Asəf Quliyev uzun illər Əli Kərimlinin müavini kimi fəaliyyət göstərib və radikal müxalifətin daxilində baş verən hadisələrdən birbaşa xəbəri olub. Bu gün onun söylədiyi fikirləri özünün şəxsi qənaətindən əlavə bir faktdır". Bu fikirləri SİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı dedi.
Partiya rəsmisi qeyd edib ki, radikal müxalifətin daxilindəkilər İsa Qəmbərlə Əli Kərimli arasında münasibətlərin nifrət həddində olduğunu yaxşı bilirlər: "Müsavatçılarla Yurdçular heç bir zaman bir-birilərini qəbul etməyiblər. Bu baxımdan Asəf Quliyevin söylədiyində də bir həqiqət var. Belə ki, prezident seçkilərində Əli Kərimli bütün fəaliyyəti ilə İsa Qəmbərin vahid namizəd olmağına əngəl törətdi və buna nail oldu. Həmin prosesdə də Əli Kərimlinin siyasi maraqlarının təminatçısı kimi Asəf Quliyev iştirak edib. Əslində, Asəf Quliyevin Əli Kərimlinin müavinliyindən və Milli Şuradan istefa verməsi ən doğru addımdır. Çünki 22 ildir bu düşərgədə fəaliyyət göstərib heç bir uğura imza atmamaq özü bir "göstəricidir".
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB