Viktor Yuşşenko: "Gömrük İttifaqı köləliyə bir çağırışdır"

Viktor Yuşşenko: "Gömrük İttifaqı köləliyə bir çağırışdır"

Ukrayna dövlətinin siyasi kursunun dəyişməsi, təkcə xalqın deyil, eks prezident Viktor Yuşşenkonu da məyus edib. Bu haqda SİA Almaniyanın "Die Welt" nəşrinə istinadən məlumat verib.

Viktor Yuşşenko Almaniya nəşrinə verdiyi müsahibəsinə "Bu xəbər məni çox sarsıtdı. Avropa bizim xalqımızın inteqrasiyası üçün əsas faktordur" - deyə bildirib.

"Düzdür, son vaxtlar Avropa Birliyi öz strategiyasında bir çox səhvlər buraxıb. Rusiyanın Ukraynanı Gömrük İttifaqına daxil etməsi bizim ölkəmizi faciəyə sürükləyir. Zənnimcə, bu dəvət bizə müstəmləkə statusundan başqa heç nə verməyəcək. Rusiya deyir ki, biz hamını olduğu kimi qəbul edirik, heç bir yeni qanun dəyişməyə ehtiyac yoxdur. Belə siyasətə görə bizi hansı hədiyyə gözləyir? Bunu köləliyə bir dəvət kimi başa düşməliyik", - deyə Viktor Yuşşenko əlavə edib.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Leonid Kojara bildirib ki, həm Ukrayna, həm də Avropa Birliyi assosiasiya sazişini imzalamağa hazır deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə