Elmar Məmmədyarov əfqanıstanlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov əfqanıstanlı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Tehranda keçirilən 21-ci iclası çərçivəsində Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüşüb. XİN-in mətbuat xidemətindən SİA-ya verilən məlumata görə, görüş zamanı nazirlər tərəfindən ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edərək, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən layihələr barəsində məlumat verib.

Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyərək, bütün sahələrdə Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər və regional əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə