Eldəniz Quliyevdən Müsavata təhqirlər davam edir

Eldəniz Quliyevdən Müsavata təhqirlər davam edir

Milli Şuranın üzvü, El Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Müsavat partiyasına qarşı növbəti dəfə etirazını bildirib. O, Müsavat partiyası rəhbərlərini Milli Şura daxilində yaranmış qalmaqalların səbəbkarı kimi görür.

SİA-nın məlumatına görə, E.Quliyev bundan öncədə dəfələrlə Müsavat partiyasına qarşı təhqirlər, tənqidlər söyləyib və bu partiyanın Milli Şuradakı təmsilçiyini bu quruma təhlükə saydığını bəyan edib.

Müsavat partiyasında E.Quliyevin bu fikirlərini cavabsız qoymaq fikrində deyil. Hətta, partiya başqanı İsa Qəmbər Müsavatın digər rəhbər işçiləri ilə iclas keçirərək tezliklə E.Quliyevə qarşı sərt cavab verilməsinin zəruriliyini bildirib.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə