İsraildə Azərbaycan Səfirliyinin açılmamasının səbəbi məlum oldu SƏFİRDƏN AÇIQLAMA
"İsraildə Azərbaycan Səfirliyinin açılmasının gecikməsi Azərbaycan hökumətindən asılıdır". SİA xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə açıqlamasında belə deyib.
Onun sözlərinə görə, artıq iki ölkə arasında 22 ildir ki, davam edən sıx münasibətlər mövcuddur: "İnanırıq ki, Azərbaycan hökuməti tez bir zamanda İsraildə öz səfirliyini açacaq. Lakin səfirliyin açılması qeyd etdiyim kimi İsraildən yox, Azərbaycandan asılıdır. Bu addım bizim əlaqələrimizin daha bir sonrakı mərhələyə gəlib çatmasına əsas ola bilər".
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidovunun İsrailə səfərini xatırladan səfir deyib ki, hər iki görüşdə Azərbaycan səfirliyinin İsraildə açılması məsələsi müzakirə edilib: "Mən inanıram ki, bizim gələcəkdə çox parlaq layihələrimiz olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB