Niyaməddin Orduxanlı: "Rəsul Quliyevin borc iddiası düz ola bilər"
"Əbülfəz Elçibəy Rəsul Quliyev haqda həmişə deyirdi ki, o pulunu hamıya göstərər, amma kimsəyə bir qəpik də verməz". Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə Rəsul Quliyevin "AXCP və Müsavatın mənə 52 min dollar borcları var" kimi iddiası düz ola bilər: "Həmişə o insanlar Rəsul Quliyevin maliyyə imkanlarından yararlanmaq istəyiblər".
N.Orduxanlının sözlərinə görə, bu məsələnin Rəsul Quliyevin "Milli Şura" sıralarını tərk edəndən sonra gündəmə gəlməsi təbii haldır və onlar həmişə olduğu kimi, yenə adəti üzrə iş görürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB