Arif Rəhimzadə: “Azərbaycan-Ukrayna əməkdaşlığı regiona dividentlər gətirəcək”
"Prezident İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində Azərbaycan və Ukrayna əməkdaşlığı fonunda dövlət başçıları tərəfindən imzalanan müqavilələr regiona bir çox üstünlüklər qazandıra bilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan neftin ixracında Ukrayna ilə əməkdaşlıq etməsi ölkəmizə bir çox dividentlər gətirə bilər: "Eyni zamanda, Ukraynanın hərbi sənayesi, elm sahəsi, kənd təsərüfatı bizim üçün əhəmiyyət kəsb edir. Bütün məsələlərdə qarşılıqlı fəaliyyət dövlətlərimizin Qara dəniz - Xəzər dənizi regionunda mövqelərinin möhkəmlənməsinə kömək edəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB