“Yeni çağ”: Ermənistanın sülh prosesini sabotaj etməsi düşündürücüdür

“Yeni çağ”: Ermənistanın sülh prosesini sabotaj etməsi düşündürücüdür

Türkiyənin nüfuzlu "Yeni çağ" qəzetində Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətindən bəhs edən "Ermənistan nədən problemin həllini istəmir" başlıqlı məqalə dərc edilib.

Kürşad Zorlunun müəllifi olduğu məqalədə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan əsgərlərinin Türkiyə və Azərbaycanın dövlət bayraqlarını təhqir etməsi, bu təxribatın kütləvi informasiya vasitələrində reklam olunması ermənilərinin türklərə qarşı ədavət və düşmənçilik siyasətinin davam etdiyinin sübutu kimi göstərilir.

Müəllif vurğulayır ki, Türkiyə və Azərbaycana düşmən tərəfindən fərq qoyulmaması, eyni münasibət bəslənilməsi iki qardaş ölkənin taleyinin də eyni olmasının təzahürüdür. Bəzi ölkələrin və beynəlxalq təşkilatların ikili standartlar nümayiş etdirək işğalçı Ermənistanı dəstəkləməsi Azərbaycanın problemi hüquqi müstəvidə həll etmək iradəsini sındırmayıb.

Kürşad Zorlunun fikrincə, Ermənistanın ciddi maddi çətinliklərə və səfalətə düçar olmasına baxmayaraq sülh prosesini sabotaj etməsi də düşündürücüdür. Bu, problemin həlli prosesinin erməni xalqının iradəsindən asılı olmadığını göstərir.

Məqalənin tam mətnini www.yg.yenicaggazetesi.com.tr/yazargoster.php?haber=28801 internet saytından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə