Türkiyənin gömrük və ticarət naziri Azərbaycana gəlib

Türkiyənin gömrük və ticarət naziri Azərbaycana gəlib

Türkiyənin Gömrük və Ticarət naziri Hayati Yazıcı Azərbaycana gəlib.

SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onun gəlişinin məqsədi Qəbələ şəhərində keçirilən "İpək yolu ölkələri arasındakı ticarətin asanlaşdırılması və inkişaf etdirilməsində gömrük idarələrinin rolu" mövzusunda foruma qatılmaqdır.

Qeyd edək ki, ölkəmizin ev sahibliyi ilə baş tutan forumda Bolqarıstan, Çin, Gürcüstan, İtaliya, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya və Özbəkistanın səlahiyyətli nümayəndələri də iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə