Elçin Mirzəbəyli: “Büdcə layihəsi Azərbaycanın gələcək inkişafına təminat verən bir sənəddir”

Elçin Mirzəbəyli: “Büdcə layihəsi Azərbaycanın gələcək inkişafına təminat verən bir sənəddir”

Müzakirə olunan büdcə layihəsi sosial və iqtisadi tərəflərlə yanaşı, həm də siyasi tərəfləri də əhatə edir. Məhz bu baxımdan yeni büdcə layihəsinin qəbulu siyasi istiqamətdə də öz töhfəsini vermiş ola bilər. Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Elçin Mirzəbəyli büdcə məsələsinin siyasi tərəflərinə aydınlıq gətirdi.

Onun sözlərinə görə, yeni büdcə müzakirələri məsələsi ümumilikdə bir dövlət üçün ən önəmli faktordur: "Bu illər ərzində Azərbaycan yetəri qədər önəmli məqamlara vəsait ayırması ilə yadda qalıb. Eyni zamanda, Azərbaycan əsas önəmi sosial siyasətə ayırıb və məhz bu gün də sosial xərclər önəm daşıyır. Həmçinin, Azərbaycanda ordu quruculuğuna ayrılan vəsaitlərin artırılmasını da qeyd etmək istərdim. Bu isə dövlətimizin ordunu gücləndirməsi istiqamətində atdığı addım kimi dəyərləndirilməlidir. Bütövlükdə büdcə layihəsi Azərbaycanın gələcək inkişafına təminat verən bir sənəd kimi dəyərləndirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə