Politoloq: “Dağlıq Qarabağla bağlı 4 qətnamənin yerinə yetirilməsində dəyişiklik yarana bilər” AÇIQLAMA
"BMT Təhlükəsizlik Şurasına bir aylıq sədrlik dövrü Azərbaycan üçün mühüm əhəmiyyətə malik oldu". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli ölkəmizin BMT Təhlükəsizlik Şurasına bir aylıq sədrlik dövrü ilə bağlı açıqlamasında deyib. O bildirib ki, sədrlik dövrünün mühüm əhəmiyyətlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklifin Təhlükəsizlik Şurasının gündəliyinə salınmasıdır.
Onun sözlərinə görə, sədrlik dövrünün digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, Azərbaycan həmçinin dünya problemlərinə aid olan məsələləri də BMT TŞ-nin gündəliyinə sala bilib: "Bura Suriya, Misirdəki vəziyyət, Somali və Malidə olan problemlər daxil idi".
Q. Hüseynli söyləyib ki, Azərbaycan BMT TŞ-yə sədrliklə beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirdi: "Dünənə qədər ölkəmiz Qafqazda lider ölkə kimi tanınırdısa, indi isə bütün dünyada beynəlxalq münasibətlərin formalaşdırılmasında aktiv rol oynayan dövlət kimi tanınır. Bu isə o deməkdir ki, Azərbaycan artan nüfuzundan istifadə edərək, özünün ərazi bütövlüyünü bərpa etmək üçün yaxşı imkanlar qazanıb".
Politoloq həmçinin vurğulayıb ki, sədrlik dövründən sonra BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsində dəyişiklik yarana bilər: "Belə ki, artıq bu məsələ ilə bağlı Gömrük İttifaqına daxil olan ölkələrin bir çoxu və Avropa İttifaqı Azərbaycanı müdafiə etməyə başlayıblar. Bu yaxınlarda MDB Sammitində Belarusun prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın Gömrük İttifaqına qoşulması məsələsinə şərh edərək bildirdilər ki, Ermənistan ilk növbədə Azərbaycanla olan problemlərini həll etməlidir. Bundan əlavə, Avropa İttifaqı xüsusi bəyanat qəbul edib. Həmin bəyanatda bildirilir ki, Azərbaycanın işğala məruz qalması faktı təsdiq edilsin və eyni zamanda ölkəmizin ərazi bütövülyünün təmin edilməsi üçün BMT nin məlum 4 qətnaməsi əsas götürülməklə, bu prosesin danışıqlar zəmində gücləndirilməsinə təkan verilsin. Bu çox müsbət və dəyərli bəyanat idi. Bütün bunlar göstərir ki, yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət dəyişikliklər ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB