"Azərbaycanın paytaxtı Bakı şəhərini çox az görmüşəm. Lakin buna baxmayaraq, şəhəriniz ilk görünüşdə mənə çox müsbət təəssürat bağışladı". Bunu SİA-ya kanadalı rəssam Octavian Florescu Azərbaycan və III Bakı Beynəlxalq Humanitar Forumu haqqında danışarkən deyib.
"Əgər ölkəniz dünya dövlətləri ilə mədəniyyət sahəsində daha sıx əlaqələr qursa ölkənizə xaricdən gələnlərin sayı daha da artıq olar. Çünki Bakı turistləri cəlb edəcək böyük bir məkandır. Forum haqqında isə onu deyə bilərəm ki, qlobal bir mövzunun bütün dünya dövlətlərinin tanınmış ekspertləri ilə müzakirə etmək olduqca maraqlıdır" - deyə, xarici qonaq sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB