MSK Cəmil Həsənlinin müraciətini əsassız hesab edib

MSK Cəmil Həsənlinin müraciətini əsassız hesab edib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, toplantıda MSK-nın 7 oktyabr 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.

Daha sonra MSK-ya daxil olan müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən bəzi seçki məntəqələrində qanun pozuntuları baş verməsi iddia edilən şikayət xarakterli müraciətlər təqdim edilib.

MSK katibi deyib ki, Gülağa Aslanlı ilə dəfələrlə əlaqə saxlanılıb və o aktların özünün gətirilməsi istənilib. Beləcə, MSK Gülağa Aslanlının bu müraciətini təmin etməyib.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, seçkidən sonra iki gün ərzində dairə seçki komissiyalarından protokolların hamısı MSK-ya daxil olub: "Demək olar ki, sənədlərin hazırlanmasında, protokolların tərtib edilməsində səhvlər yoxdur. Bu da aşağı seçki komissiya üzvlərinin peşəkarlığının artması ilə bağlıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə