Beynəlxalq müşahidəçi: "Seçkilər beynəlxalq standartlara uyğun keçib"

Beynəlxalq müşahidəçi: "Seçkilər beynəlxalq standartlara uyğun keçib"

Beynəlxalq QHT üzvlərinin təmsil olunduğu Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi Azərbaycanda keçirilən prezident seçkilərində apardıqları müşahidələrlə bağlı yekun mətbuat konfransı keçirib. SİA-nın məlmatına görə, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin sədri, müşahidə missiyasının rəhbəri Claude Maniquet bildirib ki, seçkiləri 9 nəfərin təmsil olunduğu nümayəndə heyəti izləyib və yekun bəyanat hazırlayıb.

Onun sözlərinə görə, bəyanatda seçkilərdə aparılan müşahidələr və əldə olunan nəticələr öz əksini tapıb.

O vurğulayıb ki, Beynəlxalq QHT üzvləri tərəfindən gün ərzində Bakı, Sumqayıt və digər yaxın ərazilər daxil olmaqla 200 seçki məntəqəsində müşahidələr aparılıb: "Günün sonunda isə 11 məntəqənin səs sayma prosesi izlənilib. Həbsxanalarda seçkiləri təşkil etmək təhlükəsizlik nöqteyi-nəzərdən çətindir. Ona görə də bunun təşkil edilməsi sevindici haldır. Seçici fəallığı kişilər və qadınlar arasında çox yüksək idi. Beynəlxalq müşahidəçilərə qarşı rəsmilərin, xüsusilə Mərkəzi Seçki Komissiyasının üzvlərinin açıq mövqe göstərməsi bizi çox qane etdi. Ümumilikdə dünən seçki məntəqələrində aparılan müşahidələr və əldə olunan nəticələrə əsasən, Azərbaycanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun və tam şəffaf şəkildə həyata keçirildiyini demək mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə