"Cəmil Həsənlinin məğlubiyyətinin səbəbi xalqın etimadını qazana bilməməsidir"

"Cəmil Həsənlinin məğlubiyyətinin səbəbi xalqın etimadını qazana bilməməsidir"

"Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərargahı nəsə uydura bilər, Mərkəzi Seçki Komissiyası bununla bağlı ciddi araşdırmalar aparır və gerçək vəziyyəti ortaya qoyacaq". SİA-nın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov seçkidən sonra keçirdiyi mətbuat konfransında səslənən ittihamları cavablandırarkən deyib.

YAP-ın sədr müavini Əli Əhmədov bildirib ki, əgər Cəmil Həsənli belə fəaliyyətə, gücə malik idisə, elə seçki kampaniyası dövründə bunu göstərə bilərdi və bu gün də belə bir çətin duruma düşməzdi: "Cəmil Həsənlinin məğlubiyyətinin səbəbi təkcə təbliğat kampaniyasını zəif aparması deyil, onun ümumiyyətlə, xalqın etimadını qazana bilməməsidir. Çünki onlar Azərbaycanın gələciyi ilə baglı heç bir təsəvvürə malik deyillər. O ki qaldı seçki kampaniyası ilə əlaqədar guya hansısa nöqsanların olması məsələsinə, bunların hamısı MSK tərəfindən ciddi araşdrılacaq".

Onun sözlərinə görə, YAP-ın üzvləri bütün seçki məntəqələrində seçki prosesini tam izləyiblər: "Səsvermə zamanı seçkinin nəticəsinə azacıq da olsa təsir edən heç bir qanun pozuntusuna yol verilməyib. Əgər onlar aksiyalar keçirmək istəyirlərsə, bunun üçün lazımi yerlər ayrılıb. Amma ötən aksiyalarında insanların onlara münasibəti bəlli oldu: "Azərbaycan vətəndaşları özünü bu cür ortaya qoymuş müxalifətə biganəliyini təsdiq etdi. Elə aksiya istirakçılarının sayı da bunu büruzə verdi".

Bütün xəbərlər Facebook səhifəmizdə