Azərbaycanlı millət vəkilinin hazırladığı məruzə AŞPA-da qəbul olunub
Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başa çatıb. SİA-nın məlumatına görə, sessiya çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın "Əmək bazarında yaşlı insanlara qarşı diskriminasiya ilə mübarizə" adlı məruzə sessiyanın müzakirəsinə çıxarılıb və yekdilliklə qəbul edilib. Sənəddə qeyd olunur ki, yaş diskriminasiyası Avropada ən çox yayılmış diskriminasiyalardandır: "İqtisadi böhran və əhalinin yaşlaşması səbəbindən Avropada yaşlı işçilər böyük çətinliklərlə üzləşirlər: Onlar hələ də bərəbarsizlik və stereotiplərlə mübarizə aparmaq məcburiyyətindədirlər. Belə ki, yaş diskriminasiyası "yaşlılığ"ın daha ümumi fenomeni ilə bərabər addımlayır. Stereotipləri aradan qaldırmaq və bütün yaş hədlərinin müsbət imicini yaratmaq məqsədilə mentalitetləri dəyişmək uğrunda mübarizə aparmaq vacibdir".
Hesabatda qeyd olunur ki, yaş diskriminasiyası ilə mübarizə aparmaq məqsədilə AŞ-yə üzv dövlətlər yaş amilini qeyri-diskriminasiya kriteriyasına daxil etmək və qeyri-diskriminasiya qanunvericiliyni həyata keçirmək üçün effektiv hüquqi müddəalar müəyyən etməlidirlər: "Onlar, həmçinin öz yaşlarına görə diskriminasiyanın bir çox növlərinə məruz qalan və əmək bazarına daxil olmaq istəyən yaşlı insanlar və yaşlı işçilər üçün müsbət fəaliyyət planı təklif etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB