Sumqayıtda Prezident təqaüdçüləri haqqında kitab nəşr olunacaq

Sumqayıtda Prezident təqaüdçüləri haqqında kitab nəşr olunacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt şəhərinin Prezident təqaüdçüləri (2001-2013-cü illər) kitabının nəşri" adlı layihəyə start verilib. Layihənin müəllifi və icraçısı Rüstəm Sadıqzadənin SİA-ya layihənin məqsədi, onun meydana çıxmasını şərtləndirən amillər, görülməsi planlaşdıran tədbirlər barədə ətraflı məlumat verib. O, Prezident cənab İlham Əliyev tərəfindən gənclərin hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradıldığını, son iki il ərzində Sumqayıt şəhəri üzrə gənclər təşkilatlarının, ayrı-ayrı yaradıcı və istedadlı gənclərin təqdim etdiyi 30-a yaxın layihənin Gənclər Fondu tərəfindən maliyyələşdirildiyini nəzərə çatdırıb.

Rüstəm Sadıqzadə tədbir iştirakçılarına innovativ layihələr təqdim etməklə Gənclər Fondunun yaratdığı imkanlardan şəhərin inkişafı naminə səmərəli istifadə etməyi məsləhət görüb.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidentinin təqaüdünə layiq görülmüş gənclər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıq ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə