Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Sabunçu rayon rabitə və sənaye sahəsində çalışan seçicilərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə YAP Sabunçu rayon təşkilatının Sədri Mehriban xanım Abasquliyeva, Milltət vəkili Eldar Quliyev iştirak ediblər.
Mehriban Abasquliyeva, Quliyev Eldar, Qalib Salahzadə, Sabunçu Telefon Qovşağının rəisi Nəriman Salmanov, Neftqamaş ASC-nin baş direktoru Vahid Hacıyev çıxış edərək qarşıdan gələn prezident seçkilərində hamını Azərbaycanın bugünkü inkişafının qarantı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB