Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra ikitərəfli görüşlər keçirib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türkiyə, Qazaxıstan, Bolqarıstan, Honduras və Kolumbiya xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşlər zamanı ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub və bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.
Görüşlərdə nazir Elmar Məmmədyarov həmkarlarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, bu münaqişənin tezliklə həllinin vacibliyinin və bunun üçün ilk növbədə Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmasının, etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qaçqın və didərgin düşmüş insanların geri qayıtmasının zəruri olduğunu xüsusi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB