Azərbaycan dindarları Fəxri Xiyabanda olublar

Azərbaycan dindarları Fəxri Xiyabanda olublar

Azərbaycan dindarları Fəxri Xiyabanda Ümummilli lideri, Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu öndərin xatirəsini ehtiramla anan dindarlar Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyublar.

Ziyarət zamanı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Belə ki, din xadimləri Zərifə Əliyevanın məzarı üzərinə çiçəklər düzüblər.

Daha sonra dindarlar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə