Prezident İlham Əliyev həmkarını təbrik edib

Prezident İlham Əliyev həmkarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının dövlət başçısı Enrike Penya Nietoyanı təbrik edib. SİA-nın məlumatına görə, Dövlət başçısı Meksikanın milli bayramı – Müstəqillik günü münasibətilə həmkarını və xalqı Azərbaycan xalqı, öz adından ürəkdən təbrik edib. Təbrikdə deyilir:

"Ümidvaram ki, Azərbaycan ilə Meksika arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına sülh və tərəqqi arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə