Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq 9 sentyabr 2013-cü il tarixli iclasın protokolu təsdiqlənib.
Sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin və Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyevin prezidentliyə namizədliyinin qeydə alınması məsələlərinə baxılıb.
MSK-nın İşçi qrupunun rəhbəri İlham Məmmədov hər bir namizədin MSK-ya təqdim etdiyi imzaların yoxlanılmasının nəticələri haqqında məlumat verib. Bildirib ki, BAXCP sədri Qüdrət Həsənquliyev MSK-ya 92 dairədən 44 111 imza təqdim edib, onlardan 40 324 etibarlı hesab olunub. MMP sədri Hafiz Hacıyev 44 900 imza təqdim edib ki, onlardan da 40 286-sı etibarlı sayılıb. ASDP sədri Araz Əlizadə isə 44 550 imza təqdim edib. Onlardan da 40 250-si etibarlı sayılıb. MDHP sədri Fərəc Quliyev 45 333 imza təqdim edib. Bu imzalardan isə 40 172 imza etibarlı sayılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, adıçəkilən namizədlərin təqdim etdiyi sənədlər yoxlanılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK açıq səsvermə yolu ilə adıçəkilən şəxslərin namizədliyini qeydə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB